
"Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem "Eskişehirspor”dan ayrılıb. Sportnet.az xəbər verir ki, bu barədə qol.az-a makedoniyalı yarımmüdafiəçinin özü bildirib.
O, vaxtını ehtiyatda keçirmək istəmədiyindən, bu addımı atdığını açıqlayıb. Muarem "Qarabağ”a qayıtmaq istərdinmi” sualını belə cavablandırıb: "Qarşıdakı günlərdə bu barədə düşünəcəyəm. İndi bir az dincəlməliyəm”.
Qeyd edək ki, 2012 - 2015-ci illərdə "Qarabağ”ın şərəfini qorumuş Muarem Muarem "Eskişehirspor”da cəmi iki rəsmi oyunda meydana çıxıb. Onun yanvara qədər müqaviləsi var idi.