"Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə AZAL-la keçirilmiş qarşılaşmadan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Abasov 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq".