
Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq Belçikanın "Anderlext" klubu futbolçusu ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın klub saytına istinadən verdiyi məlumata görə, Dodi Lukebakio Ngandoli ilə müqavilə müddəti 5 il artırılıb.
18 yaşlı futbolçu "Anderlext"in yetirməsidir.
Gənc futbolçu açıqlamasında müqavilə müddətinin artırılmasından sevinc hiss duyduğunu və ümidləri doğrultmağa çalışacağını deyib.







































































