Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşkatmada Avroliqada 12 qrupu ilk iki pillədə başa vuran 24, Çempionlar Liqasında 8 qrupu üçüncü pillədə tamamlayan 8 klub təmsil olunub.
Türkiyənin "Qalatasaray" klubu İtaliya "Latsio"suna rəqib olub. "Fənərbağça" isə Rusiyanın "Krasnodar" klubu ilə qarşılaşacaq.
"Valensiya" (İspaniya) - "Rapid" (Avstriya)
"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Borussiya" (Dormund, Almaniya) - "Portu" (Portuqaliya)
"Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
"Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
"Midtyulland (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)
"Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Sparta" (Praqa, Çexiya) - "krasnodar" (Rusiya)
"Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)
"Syon" (İsveçrə) - "Braqa" (Portuqaliya)
"Şaxtyor" (Ukrayna) - "Şalke" (Almaniya)
"Marsel" (Fransa) - "Atletik" (İspaniya)
"Sevilya" (İspaniya) - "Molde" (Norveç)
"Sportinq" (Portuqaliya) - "Bayer" (Almaniya)
"Vilyarreal" (İspaniya) - "Napoli" (İtaliya)
"St.Etyenn" (Fransa) - "Bazel" (İsveçrə)
-----------------------
Bu gün Avropa Liqasında 1/16 final mərhələnin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Püşkatmada Avroliqa 12 qrupu ilk iki pillədə başa vuran 24, Çempionlar Liqasında 8 qrupu üçüncü pillədə tamamlayan 8 klub təmsil olunacaq. Qrup birinciləri səpələnmişlər səbətində yer alıb. Qrupda ikinci yeri tutanlar səpələnməmişlər səbətindədir. ÇL-dən gələnlər isə reytinqə əsasən iki səbət arasında bölünüb.
Səpələnmişlər: "Molde" (Norveç), "Liverpul" (İngiltərə), "Krasnodar" (Rusiya), "Napoli" (İtaliya), "Rapid" (Avstriya), "Braqa" (Portuqaliya), "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Bazel" (İsveçrə), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya), "Atletik" (Bilbao, İspaniya).
Çempionlar Liqasından gələnlər: "Porto" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Mançester Yunayted (İngiltərə), "Bayer" (Leverkusen, Almaniya).
Səpələnməmişlər: "Fənərbağça" (Türkiyə), "Syon" (İsveçrə), "Borussiya" (Dortmund, Almaniya), "Midtyulland (Danimarka), "Vilyarreal (İspaniya), "Marsel" (Fransa), "St-Etyenn" (Fransa), "Sportinq" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Anderlext (Belçika), "Sparta" (Praqa, Çexiya), "Auqsburq" (Almaniya).
Çempionlar Liqasından gələnlər: "Sevilya" (İspaniya), "Valensiya (İspaniya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Ukrayna).
Qeyd edək ki, bu mərhələdə eyni ölkənin iki komandası, eləcə də Rusiya və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.