Antalyada təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama görüşü keçirəcəyi rəqiblərindən biri dəyişib. Sportnet.az-ın Qol.Az-a istinadən məlumatına görə, paytaxt təmsilçisi yanvarın 16-da Cənubi Azərbaycanın "Traktor Sazi" klubu ilə qarşılaşmalı idi.
Lakin Təbriz təmsilçisi Türkiyəyə yollanmaqdan imtina etdiyi üçün bu görüş baş tutmayacaq. Belədə Adil Şükürovun komandası həmin gün Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşacaq. Astana klubunun rəsmi saytı oyunun Bakı vaxtı ilə saat 19:00-da başlayacağını yazıb.
Qeyd edək ki, "Zirə" yanvarın 22-də isə Rumıniyanın "Tırqu-Mureş" klubu ilə üz-üzə gələcək.