CBC Sport Kubokunda bu gün keçirilməli olan "Neftçi" - "Neftçala" matçının startı bir neçə dəqiqə ləngiyib. Sportnet.az-ın məlumatına görə, buna "Bayıl Arena"nın meydançasındakı qapılardan birində torun cırılması səbəb olub.
Problemi stadionun əməkdaşları yox, "Neftçala" klubunun futbolçuları aradan qaldırıb. Onlar ilk yarıda nəzarət edəcəkləri qapıya topun qaydalar çərçivəsində daxil olmaması üçün ilk tədbiri görüblər.
Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0.