
Birləşmiş Ərəb Əmirliklərində polis Dubay məhkəməsinə çağırılıb. Sportnet.az xəbər verir ki, polis İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin şəxsi həyatına qarışmaqda ittiham olunur.
Messi dekabrda ECA (Globe Soccer Awards) versiyası üzrə ilin futbolçusuna verilən mükafatı almağa gələrkən, o, argentinalı hücumçunun pasportunu videoya çəkib. Videoda bu sözlər yazılıb: "Yandırım, yoxsa geri qaytarım?"
Məhkəmə bu hərəkəti şəxsi həyata qeyri-qanuni müdaxilə kimi dəyərləndirib. Polis əməkdaşı günahını rədd edir ("Report").