"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran özünə yeni komanda tapıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis Ermənistanın "Mika" komandasının sükanı arxasına keçib.
Onunla iyunun 1-dək müqavilə bağlanılıb. 15 turdan sonra "Mika" 8 klub arasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Sergey Yuran 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək "Simurq"un baş məşqçisi olub. O, köməkçi-məşqçi işləyən qardaşı Yuri Yuran və İqor İşenko ilə birgə uğursuz nəticələrlə əlaqədar komandadan qovulub.