Bakının "Neftçi" klubu ilə yolları ayrılan Miçal Peskoviç özünə yeni komanda tapıb. Sportnet.az-ın məlumatına görə, slovakiyalı qapıçının yeni ünvanı Polşanın "Medz" klubudur.
Klubun rəsmi saytında yer alan məlumatda 33 yaşlı qapıçının həftəsonuna qədər burada məşq edəcəyi bildirilib. Lakin onun komandada qalıb-qalmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, Polşanın Leqnitsa şəhərinin təmsilçisi olan "Medz" Polşanın I divizionunda mübarizə aparır. Komanda 19 turdan sonra 26 xalla 11-ci pillədə qərarlaşıb.








































































