
FIFA yanvarın 21-də AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Sportnet.az-ın məlumatına görə, məktubda "Rəvan”la həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə riayət edilməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.
AFFA İntizam Komitəsi məhz bu qərarı rəhbər tutaraq, "Rəvan"ın 6 xalını silib. Bununla da "sarı-qırmızılar"ın bu mövsüm topladığı xalların sayı 6-ya enib.