
"İnter" klubu Premyer Liqanın 2015/2016 mövsümünün ikinci yarısı üçün 21 futbolçu sifariş edib. Sportnet.az-ın məlumatına görə, klub Peşəkar Futbol Liqasına təqdim etdiyi siyahıya 4 yeni futbolçunun adını əlavə edib.
"Bankirlər"in heyətində qapıçı Kamran Ağayev 1, hücumçulardan Vüqar Nadirov 17, Sezar Meza Kolli 23 və Qara Qarayev 9 nömrəli forma ilə çıxış edəcək. Mirsahib Abbasov 77, müdafiəçi Denis Silva Kruz isə 3 nömrəli futbolkanı geyinəcək.
PFL-in siyahısında "İnter"in qış fasiləsində 9 futbolçu ilə yollarını ayırdığı bildirilir.