
Qış transfer faliyyətini başa çatdıran AZAL futbol klubu iştirak ərizəsini bu gün Peşəkar Futbol Liqasına təqdim edib. Sportnet.az-ın məlumatına görə, klub Hacı Əhmədov ("Zirə"), Mirzaga Hüseynpur ("Sumqayıt"), Adan Koronado (Rehden, Almaniya), Eltun Hüseynov ("Zirə") və Ziyabıl Məmmədovu ("Kəpəz") heyətinə qatıb.
Bununla da "təyyarəçilər" seleksiya işlərini yekunlaşdırıb. Adı çəkilən bütün futbolçuların lisenziyaları da alınıb və onların "Qarabag"la oyunda meydançaya çıxmasında heç bir problem yoxdur.