"Neftçi"ni təbrik edirəm. Layiqli qələbə qazandı. Meydanda bir komanda vardısa, o da "Neftçi" idi. Biz isə çox pis oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Gənc mütəxəssis yeni transfer Vaqif Cavadovun oyunundan razı qalmadığını gizlətməyib: "Vaqifin ilk oyunundan tam razı qalmasa da, onun tezliklə uğur qazanacağına inanıram. Vaqif fərdi oyuna meyllidir. Biz isə komanda olaraq bundan uzağıq. O bizə uyğunlaşacaq. Nicat Muxtarov isə suçiçəyi olmuşdu. Bu, 40 gün çəkdi və bizə qoşulanda xəstəliyi təzə bitmişdi. Yavaş-yavaş gələn ayın axırına bəlkə də düzələcək".