"Sumqayıta gələndə bilridik ki, ağır oyun olacaq. Rəqib bizdən 8 xal geri idi". Sportnet.az-ın məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Prmeyer Liqasının XII turunda səfərdə "Sumqayıt"la keçirilmiş oyunu şərh edərkən deyib.
Təcrübəli mütəxəssis komandasından razı qalmadığını bildirib: "Komanda yerli futbolçulardan ibarətdir və aqressiv oyun oynayırlar. Rəqib yaxşı oyun nümayiş etdirdi. Onları təbrik edirəm. 75-ci dəqiqəyə qədər istədiyimiz oyunu oynaya bilmədik. Futbolun gözəlliyi bundadır ki, biri qalib gəlir, digəri məğlub olur. Son dörd turda məğlub olmuruq. Evdə daha yaxşı oynayırıq. Bu gün Murad Səttrarlı və İlqar Ələkbərov yox idi. Onların əvəzinə Hacı Əhmədov və Nuqzar Kvirtiya oynayırdı. Hacı hələ uyğunlaşmayıb, amma Nuqzar oynadı. Ümumilikdə komandanın oyunundan razı qalmadım".
Baş məşqçi məğlubiyyət haqda bunları söyləyib: "Komandaya gələndə bütün oyunları udacağımı deməmişəm. İrəlidəki 14 turda daha yaxşı çıxış edərək Avroliqaya vəsiqə qazanmağa çalışacağıq. Ancaq bu oyunların hamısında qələbə qazanacağımı deyə bilmərəm. Bilsəydim, hamı gedib "Topaz"da oturardı. Komandam qol vura bilmirsə, hakimdə səhv axtarmayacam. Komanda 4 tur uduzanda, hamı tənqid edirdi. 5-ci məğlubiyyətdən sonra istefa vermək istəyirdim. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov dedi ki, rəhbərlik bir söz demirsə, niyə gedirsən? 6-cı turda "Rəvan"a qalib gələ bilməsəm gedəcəkdim. Azərbaycan futbolunun yazılmamış qanunu budur ki, güclünü udub, gücsüzə məğlub olursan".
T.Əhmədov klubun büdcəsində heç bir artımın olmadığını söyləyib