1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin 4 ildən bir ad günü keçirən sabiq baş məşqçisi
Bu gün - fevralın 29-da dünyaya gələn insanlar ad günlərini keçirmək üçün 4 il gözləməli olurlar. Sportnet.az-ın məlumatına görə, Azərbaycan futbolunda bu tarixdə anadan olanlar arasında hətta milli komandanın baş məşqçisi olmuş mütəxəssis var.
Bu, futzal yığmamızın sabiq çalışdırıcısı Elman Ələkbərovdur. Onun 53-cü ad gününü keçirdiyi il 365 yox, 366 gündən ibarət olduğundan, bu dəfə fevralın 29-da doğum gününü qeyd edə bilir.
Ələkbərov hazırda futzaldan kənarda olsa da, uzun illər bu idman növünə bağlı olub. O, həm oynayıb, həm də məqşçilik edib. 1980-ci illərdə Çexoslovakiyada oynayan futzalçı karyerası boyu qapıçı olub. O, yaratdığı, məşhurlaşdırdığı "Turan AİR”də işlədiyi zamanı da "çərçivə”ni qoruduğu matçlar olub.
Azərbaycanda böyük futbolun milli çempionatımızda 1 il olmadığı vaxt futzalın necə populyarlaşdığı xatirələrdən silinməyib. Həmin vaxt "Turan AİR”ın yaxşı vaxtları idi və prinsipial rəqibi olan "Gömrükçü” ilə matçları əsl derbi idi. "Turan AİR” 2000/2001, 2001/2002 və 2003/2004 mövsümlərində çempion oldu, ölkəmizi avrokuboklarda təmsil etdi. Ələkbərov Azərbaycan futzalına ilk legionerlərin gəlişində vasitəçi oldu. Həmin braziliyalılardan sonralar milliləşdirilərək yığmamıza cəlb olunanlar vardı.
Ələkbərov futbolumuzda, futzalımızda ən parlaq, ən tarixi qələbələrdən birinin əsas memarlarından olub. Bu, "Turan AİR”ın UEFA kubokunun qrup mərhələsində Ermənistan "Araks”ını məğlub etdiyi matçdır. 2001-ci ilin noyabrın 6-da İtaliyanın paytaxtı Romada keçirilmiş həmin oyun 5:2 hesablı qələbəmizlə nəticələnib. Rusiyanın tanınmış futzalçılardan olan Andrey Yudini ölkəmizə gətirən, onu "Turan AİR”də oynayan məşqçi edən Ələkbərov olub. Ermənilərə 2 qol vuran Yudin sonralar futzal yığmamıza baş məşqçi təyin olundu. Yeri gəlmişkən, rusiyalı mütəxəssis Ələkbərovun 45 illik yubileyi ərəfəsində - 2008-ci ilin fevralın 28-də Çexiyada keçirilən dünya çempionatının seçmə mərhələsində Ermənistan yığmasını 9:1 hesabı ilə məğlub etmişdi.
Ələkbərov 2008-2009-cu illərdə futzal yığmamıza başçılıq edib. Ancaq həmin vaxt komandanı final mərhələsinə çıxmaq mümkün olmayıb. Futzal yığmamızın tarixində Joze Alesio da Silvanın dövrü məhz ondan sonra başlayıb və 5 il davam edib. 2009 - 2014-cü illərdə millimizi çalışdıran braziliyalı mütəxəssis ardıcıl 3 dəfə (2010, 2012, 2014) final mərhələsinə vəsiqə qazanıb, ilk cəhdində Azərbaycanı Avropada 4-cü edib.
Mehman SÜLEYMANOV