Türkiyə Super Liqasında XXIII turun son matçında "Fənərbağça" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, İstanbul derbisində meydan sahibləri qalib olub - 2:0.
Qolları 3-cü dəqiqədə Volkan Şen, 82-ci dəqiqədə isə Nani vurub. Bununla da "Fənər" xallarını 53-ə yüksəldərək, liderliyi ələ keçirib. Amma 51 xala malik "qartallar"ın ehtiyatda bir oyunu var.
Digər tərəfdən, "Fənər" "Şükrü Saracoğlu" stadionunda ardıcıl 7-ci qələbəsini qazanıb. "Beşiktaş" isə bu mövsüm ilk dəfə səfərdə uduzub.













































































