UEFA 2016-cı il Avropa çempionatının final mərhələsini (Avro-2016) idarə edəcək hakimlərin adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, iyunun 10-dan iyulun 10-dək Fransada keçirləcək 51 məsul oyunda 18 baş hakim olacaq. Onlar arasında türkiyəli Cüneyt Çakır da yer alıb. Bununla da 40 yaşlı referi Avro-2012 və DÇ-2014-dən sonra ardıcıl 3-cü böyük yarışda ölkəsinin yeganə təmsilçisi olacaq.
Avro-2016-da ən çox - 2 hakim yalnız İngiltərədən (Martin Atkinson və Mark Klattenburq) olacaq. Almaniya Feliks Brıx, Fransa Klement Turpin, İspaniya Karlos Velasko Karbalyo, İtaliya Nikola Rizzoli, Şotlandiya Uilyam Kollum, İsveç Jonas Erikson, Rumıniya Ovidiu Hategan, Rusiya Sergey Karasyov, Macarıstan Viktor Kaşşai, Hollandiya Byörn Kaypers, Çexiya Pavel Kraloveç, Polşa Şimob Marçiniak, Serbiya Milorad Majiç, Norveç Svey Moen və Sloveniya Damir Skomina ilə təmsil olunacaq.