1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Hakim Ardaya əvvəlcə "qırmızı", sonra "sarı" verdi - VİDEO
İspaniya çempionatında "Rayo Valyekano" ilə səfər matçı "Barselona"nın futbolçusu Arda Turan üçün iki məqamla əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, hər iki hadisə türkiyəli yarımmüdafiəçinin 68-ci dəqiqədə İvan Rakitiçin əvəzinə meydana daxil olmasından sonra baş verib.
Baş hakim İnyaki Bikandi Qarrido Turana, 78-ci dəqiqədə etdiyi kobudluq üzündən birbaşa qırmızı vərəqə göstərib. Qarrido vərəqəni səhvən göstərdiyini az sonra anlayıb və bu qərarını ləğv edərək, "sarı" göstərib. 86-cı dəqiqədə isə başla topu qapıya göndərən Arda "Barselona" forması ilə ilk qolunu vurub.
Qeyd edək ki, görüş Kataloniya komandasının 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da "Barsa" məğlubiyyətsizlik seriyasını 35 matça (29 qələbə, 6 heç-heçə) çıxarıb və əzəli rəqibi "Real Madrid"ə məxsus 27 illik rekordu təzələyib. "Kral klubu 27 il öncə baş məşqçi Leo Beenhakerin rəhbərliyi altında 34 matçda (25 qələbə, 9 heç-heçə) yenilməmişdi.