"Neftçi”nin braziliyalı futbolçusu Filyo Jayro Rodriges yenə meydandan qovulub. Sportnet.az xəbər verir ki, mərkəz müdafiəçisi "Qəbələ" ilə oyunda Elvin Camalova qarşı aşkar qayda pozuntusuna - açıq ayaqla rəqibə bilərəkdən xəsarət yetirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Nəticədə Camalov tibbi müdaxiləyə ehtiyac duyub. Həkimlərin köməyindən sonra o, oyunu davam etdirib.
Bu, Jayronun ilk qırmızı vərəqəsi deyil. O, "Neftçi”də debüt mövsümündə artıq 3-cü dəfə - bunadək AZAL və "Rəvan"la çempionat oyunlarında da komandasını azlıqda qoyub. Fərq ondadır ki, AZAL-la matçda brazliyalı 2-ci sarı, qalanlarında birbaşa qırmızı vərəqəyə görə meydandan qovulub. Hər üç halda "Neftçi” qələbə üzünə həsrət qalıb.
Rodriges qış fasiləsindən sonra "Bakcell Arena”da 2-ci dəfədir meydandan çıxarılır. Maraqlıdır ki, "Rəvan"la matçda 83-cü dəqiqədə hesabı bərabərləşdirən (oyun elə 1:1 hesabı ilə də bitib) Jayro bundan 5 dəqiqə sonra rəqibi vurduğuna görə qarşısında qırnızı vərəqə görüb. AZAL və "Qəbələ” ilə qırmızı vərəqə aldığı matçlarda isə komandası 1:2 hesabı ilə uduzub.
Jayro cari mövsümdə 3-cü qırmızı vərəqə almaqla yeni antirekordçu olub. Bunadək onun kimi 2 dəfə meydandan qovulan komanda yoldaşı, "Neftçi”nin dirgə braziliyalı müdafiəçisi Aylton Silva idi. O, səfər matçlarında ("Rəvan”la səfərdə 3:1, "Kəpəz”lə 1:1) komandasını azlıqda qoyub.
"Neftçi” qırmızı vərəqələrə görə də mütləq antirekordçudur. Komandada yerli futbolçular da qırmızı vərəqə alıb. Bunlar "Zirə” ilə uduzduqları (0:2 və 0:3) səfər matçlarda qovulan yarımmüdafiəçilər Fəhmin Muradbəyli ilə Cavid İmamverdiyevdir. Göründüyü kimi, "Neftçi”nin hesabında 24 turdan sonra artıq 7 qırmızı vərəqə var.
Mehman SÜLEYMANOV