
"Bu nəticəni "İnter” üçün uğurlu hesab edirəm. Məncə, mövsümü yaxşı yerdə tamamladıq. Çünki biz mövsümə çox pis başlamışdıq. Komandamızın isə 60 faizi dəyişmişdi. Bununla belə, ikinci yeri tutduq". Bunu Sportnet.az-a açıqlamasında Bakı "İnter”inin futbolçusu Brüs Abdulaye deyib.
32 yaşlı müdafiəçinin fikrincə, "İnter" mövsümü ikinci pillədə başa vurmağı haqq edib. Abdulaye cari mövsümə istədikləri kimi başlaya bilmədiklərini də vurğulayıb: "Çünki biz əsas heyətdən çox oyunçunu itirdik və yeni komanda qurmalı idik. Gələn yeni oyunçular da komandaya tez öyrəşə bilmədilər. Qələbələr qazanmağa başlayandan sonra hər şey yaxşılaşdı”.
Abdulaye klubu ilə müqaviləsinin başa çatdığını da deyib: "İnter”lə olan müqaviləm də artıq başa çatıb. Görək necə olacaq? Hələ ki bu barədə heç nə deyə bilmərəm”.