1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Meydançaya kimi buraxım?"
"Hücumlarımızın sayı-hesabı olmadı. Sadəcə qol çatmırdı. Yaxşı oyun oldu. "İnter" ilk hissədə vurduğu qollarla məsələni həll etmişdi. Oyunun davamını gətirmək üçün bir qol kifayət edərdi". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
B.Həsənov Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter"lə keçirilmiş oyundan sonra bunları bildirib: "Baxmayaraq ki, rəqib güclü idi, amma komandam 90 dəqiqə meydanda mübarizə apardı. Yəqin ki, nəticəsini növbəti oyunlarda görəcəyik. Standart vəziyyətdən vurulan qolda qapıçımızın da günahı var. Gənc və perspektivlidir. Demişdik ki, toyun xoş ab-havası oyuna da keçsin. Çox arxaya oturur. "İnter" hücumda çox təhlükəlidir. Qol imkanı yaradacaq, zərbə vura biləcək futbolçuları var. Bu səbəbdən Ruslanı məcbur önə keçirdik ki, heç olmasa əks hücumlarda oynayaq. Heç kimdən narazı deyiləm. İmkanları daxilində oynadılar. Sadəcə cinahlara topun dəyişdirilməsində problemlər yaşadıq. Bütün səhvlər eyni xarakter daşıyırdı".
"Siz mənim yerimə olsanız, heç dəyişiklik etməzsiniz. Meydançaya kimi buraxım? Bir dənə müdafiəçi var? Bu cür bəsit qolları ilk hissədə gözləmirdim. Ötən oyun o qədər əsəbləşmişdim ki, hələ də özümə gələ bilməmişəm. Rəqibin futbolçusu Nika bir ayaqla oyunu çevirir. "İnter"də oyunçu potensialı var. Dəyişiklik olanda ciddi axsamalar hiss olunmur. Amma bizdə bu ciddi olur. Oyunçuları dəyişəndə problem yaşayırıq" - deyə, B.Həsənov deyib.
Qeyd edək ki, "İnter" - "Rəvan" oyunu 3:1 hesabı ilə başa çatıb.