Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi Anatoli Demyanenkonun yeni iş yeri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis Ukrayna Futbol Federasiyasının yaratdığı "Əfsanələr komandası"na rəhbərlik edəcək.
Bu komandada ukraynalı futbol veteranları yer alacaq. Komanda ilk dəfə bu ilin yayında Qətərdə keçiriləcək 35 yaşdan yuxarı futbolçular arasında dünya çempionatında iştirak edəcək.
Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci yanvarında "Neftçi"yə baş məşqçi təyin olunub. Həmin ilin avqustunda onunla yollar ayrılıb.













































































