Bu gün Azərbaycan Premyer Liqasında 2-ci yumurta döyüşü Zirədə baş tutdu. Sportnet.az-ın məlumatına görə, "Zirə” – AZAL oyununda öncə bu formada püşkatma kapitanlar – Rəşad Abdullayevlə Rail Məlikov arasında keçirildi. Bir vaxtlar "Neftçi”də birgə çıxış edən futbolçuların duelində Rail sevindi. Hətta baş hakim Rəhmin Həsənovun ona zarafatla sarı vərəqə göstərməsi diqəqt çəkdi.
Qeyd edək ki, bu gün Novruz bayramı ilə əlaqədar oyundan öncə püşkatmanın yumurta döyüşü ilə əvəzlənməsi daha məqsədəuyğun sayılıb. "Xəzər Lənkəran” – "İnter” görüşündə kapitanların duelində meydan sahibləri sevindi. Bu, Tural Cəlilovun Kamran Ağayevdən üstün olması nəticəsində oldu.