
Mayın 28-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Rahid Əmirquliyev heyətdən çıxarılıb.
Buna "Xəzər Lənkəran"ın kapitanının zədəli olması səbəb göstərilib. Amma onun yerinə heç kimə dəvət göndərilməyib.