"Qəbələ”nin futbolçusu Sergey Zenyovun şərəfini qoruduğu Estoniya yığması bu gün Serbiya yığması ilə yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, estonlar az öncə yekunlaşan ev matçında 0:1 hesabı ilə uduzub. Serblər qələbəni "Mançester Siti"də çıxış edən müdafiəçisi Aleksandr Kolarovun 81-ci dəqiqədə vurduğu qolla qazanıb.
Əsas heyətdə meydana çıxan Zenyov ikinci hissədə əvəzlənib. O, yarımmüdafiənin sağ cinahında yer alıb. Sergey millinin oyunu ilə əlaqədar "Qəbələ”yə Premyer Liqada AZAL-la sabahkı səfər matçında kömək edə bilməyəcək.