"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun Premyer Liqanın 28-ci turunda "Rəvan"la oyundan sonra keçirilən mətbuat konvransında fikirlırini açıqlayıb. Sportnet.az-ən məlumatına görə, çalışdırıcı ilk olaraq 0:1 hesabı ilə uduzduqları matşı şərh edib.
- Deməyə söz tapmıram. Bütün oyunu rəqibin meydanında keçirməyimizə baxmayaraq, fərqlənə bilmədik.
- Demək olar ki, "Neftçi" bu gün futbol oynamadı? Anyeteni dəyişib, Ruslanı meydana buraxdız. Olmazdı ki, hər iki hücumçunu eyni anda meydana buraxardız?
- Nəticə pis olsa da, ikinci hissəni bütövlüklə rəqib meydanında keçirdik. O ki qaldı, əvəzləməyə, Anyete yorğun idi deyə dəyişdim.
- Özünüz hücumçu olmusuz. Sizcə, son zərbəni vurmağa nə çatmadı?
- Məncə son zərbədən çox, təhlükəli ötürmələr çatmırdı.
- Vaylonu "Neftçi"yə kim gətirib? Sizcə, ölkədə bu səviyyədə qapıçı yetərincə deyil?
- Kimin gətirdiyini bilmirəm. "Neftçi"nin bütün oyunçuları yaxşıdı, ancaq bəziləri özünü doğrultmur. Özümüz də qapıçı yetişdiririk. Ola bilsin gənc qapıçımız Kamran İbrahimova şans verək.
- AZAL bu gün qalib gəldi. Bununla avrokubok şanslarınız bir xeyli azaldı...
- Əsas rəqibimiz qalib gəldi. Biz əsas diqqəti ölkə kubokuna yönəltmişik.