1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Fəxr edirəm ki, "Neftçi"nin mətbuat katibi ilə yanaşı oturmuşam"
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 28-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, paytaxt klubunun çalışdırıcısı öncə matçı şərh edib.
- Futbolçuları təbrik edirəm. Bu gün ağıllı oyun nümayiş etdirdik. Düzdü, hücuma az çıxdıq. Bir az bəxtimiz də gətirdi.
- Komandanın hesabından 6 xal çıxılmasının komandanın oyununa nə dərəcədə təsir etdi?
- Nəinki xal çıxılması, hansısa oyunçunun zədələnməsi də komandaya təsir edir. Ola bilsin, bu qələbəylə özümüzə gələk. Artıq 3 xallıq fərqimiz var. Bunu aradan qaldırsaq, son pillədən qurtulacağıq. "Neftçi"nin yaxşı futbolçuları var. Sadəcə, bir qədər fərdi oyuna üstünlük verirdilər. Bəlkə də, bu da bizə üstünlük verdi.
- Komanda itirə-itirə gedir. Son olaraq mətbuat xidmətinin rəhbərini itirdi. Klubun hətta lisenziyası da yoxdu. Sizcə, bu komanda yaşamağa layiqdi?
- Mən sadəcə olaraq, təcrübəmi artırmağa çalışıram. Bir neçə il öncə bu səviyyədə deyildim. Yaxşı nəticə qazanmaq üçün 20 eyni səviyyəli futbolçu lazımdı. Məşqçi üçün əsas olan təcrübədi. Gələcəkdə nə olacaq bilmirəm, ancaq indi sadəcə, mən öz təcrübəmi artırıram. Kluba gələcəkdə nə olacaq bilmirəm. Əsas odu, qalmağa yerimiz var, maaşımızı alırıq, bu kifayətdi. Düzü, böyük pullar almırıq. Ancaq mübarizə aparırıq. Mən fəxr edirəm ki, bu gün "Neftçi"nin mətbuat xidmətinin rəhbəriylə yanaşı oturmuşam (gülür).