1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəvan" 133 gündən sonra
"Rəvan" klubu Azərbaycan Premyer Liqasındakı uğursuz seriyalarını qırıb. Sportnet.az-ın məlumatına görə, paytaxt klubu 7 oyundan ibarət məğlubiyyət və 14 turluq qələbəsizliyə "Neftçi” ilə görüşdə son qoyub.
"Sarı-qırmızılar” XXVIII turun ev oyununda 1:0 hesabı ilə qalib gəlib. Son 7 görüşdə uduzan Bəhmən Həsənovun yetirmələri son xalını da "Neftçi”dən almışdı. 58 gün əvvəl səfərdə oynayan autsayder 1:1 hesablı heç-heçəylə kifayətlənmişdi. Bu il fevralın 5-dəki XX turun oyunundan sonra "Rəvan” 7 dəfə uduzmuşdu. Bakılıların son qələbəsi isə XIII tura təsadüf edib. Ötən il noyabrın 11-də "Zirə” üzərində 1:0 hesablı qələbə qazanan "sarı-qırmızılar” 133 gündən sonra da eyni hesabla sevinib.
Qeyd edək ki, bu nəticələr klubun antirekordu deyil. "Rəvan” cari mövsümün gedişində ardıcıl 8 məğlubiyyət də yaşayıb. Bakılıların qələbəsizlik antirekordu isə 2013/14 mövsümündəki 18 matçda rəsmiləşib.