Cari mövsüm "İnter”lə müqaviləsi başa çatan Samir Zərgərov klubla yollarını ayırıb. Bu barədə Sportnet.az-a futbolçunun özü məlumat verib.
27 yaşlı yarımmüdafiəçi artıq başqa klublardan təkliflər aldığını və oynaya biləcəyi komandaya getmək istədiyini bildirib: "Mənə "İnter"dən yeni müqavilə təklif olunmayıb. Hazırda da təkliflər almışam və onları dəyərləndirib, yaxşı kluba gedərəm. Hazırda 3 klubdan təklif almışam. Hələlik bu klubların adlarını açıqlamaq istəmirəm. İnşallah, 1-2 günə hər şey məlum olacaq. Əsas istədiyim odur ki, oynaya biləcəyim bir kluba gedim”.
Qeyd edək ki, daha öncə yerli futbolçulardan "İnter”lə müqaviləsi başa çatan Ruslan Əmircanov "Qəbələ” ilə anlaşıb, Vaqif Cavadov isə paytaxt klubu ilə yollarını rəsmən ayırıb.
Elmar VƏLİYEV
Elmar VƏLİYEV