Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun təyinatları açıqlanıb. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Zirə" və "Qarabağ" arasında keçiriləcək turun mərkəzi matçı FİFA referisi Orxan Məmmədova tapşırılıb.
Azərbaycan Kubokunun ilk yarımfinal matçlarını idarə etmiş referilərdən Rəhim Həsənov bu dəfə AZAL - "Xəzər Lənkəran" oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Əliyar Ağayev isə cəzalandığı üçün təyinatsız qalıb.
30 aprel (şənbə)
"Kəpəz” – "Rəvan”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu, 15:00 (CBC Sport, canlı)
AZAL – "Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
AZAL Arena, 17:30 (CBC Sport, canlı)
1 may (bazar)
"Qəbələ” – "Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu, 16:30 (CBC Sport, canlı)
"Zirə” – "Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00 (CBC Sport, canlı)
"İnter” – "Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"İnter Arena”, 16:00