Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki yenidən "Əlincə Arena"ya baş çəkib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis köməkçiləri ilə birgə bu həftə 2-ci dəfə həmin stadionda matç izləyir. O, çərşənbə günü Azərbaycan kubokunda "Qarabağ" - "İnter", bu dəfə isə Premyer Liqada "Neftçi" - AZAL görüşünü izləmək üçün arenaya gəlib.
Fəxri tribunada Prosineçki ilə yanaşı, hər 2 klubun rəhbərliyi yer alıb. Onlar arasında "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də var.