"Zirə" tarixində ən ağır ev məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, bu, Premyer Liqanın 33-cü tuurnda "Qəbələ"yə bu gün 0:3 hesabı ilə uduzduğu matçda reallaşıb.
Bununla da "Qəbələ" yenidən debütantın tarixinə düşüb. Məsələ ondadır ki, Adil Şükürovun komandası cari mövsümdə ən ağır məğlubiyyətini məhz bu rəqibdən alıb. Bu, Azərbaycan kubokunun 1/4 final mərhələdə Qəbələdəki cavab matçında 1:5 hesablı nəticədir. Bundan əlavə, "Zirə" Premyer Liqa təmsilçisi olandan sonra evdə ilk yenilgisini də məhz Roman Qriqorçukun komandasınan alıb. Bu, ilk kubok matçında 1:2 hesablı məğlubiyyətdir.
"Qəbələ" "Zirə" iıə cari mövsümdə keçirdiyi 6 oyundan yarısında qalib gəlib. Qalan 3 matdan 2-də heç-heçə (0:0 və 2:2), yalnız 1-də zirəlilərin 1:0 hesablı qələbəsi qeydə alınıb.
Ümumiyyətlə, "Zirə" cari mövsümdə 3-cü dəfə böyük hesabla uduzur. İlk belə məğlubiyyət birinci dövrənin son turunda "Qarabağ"dan səıfər 1:4 hesabı ilə alınıb. Bu, "Zirə"nin güclülər dəstəsində ilk məğlubiyyəti kimi də tarxiə düşüb.