1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın tarixində yeni rekord
"Qarabağ" tarixinin yeni rekorduna imza atıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu 1992-ci ildən fasiləsiz iştirak etdiyi Azərbaycan milli çempionatında ən uzun qələbə seriyasına imza atıb. Bu, ardıcıl 10 oyunluq qalibiyyət olub.
Həmin rekord az ömncə başa çatan 33-cü turun "Sumqaylt"la ev matçında qeydə alınıb. Qurbab Qurbanovun komandasına qələbəni yarımmüdafiəçisi Əfran İsmayılov oyunda vurduğu yeganə qolla qazandırıb.
Maraqlıdır ki, bu qələbə "Qarabağ"ın öz stadionu olan "Azərsun Arena"da yox, "İnter Arena"da əldə olunub. Çünki Bakıda keçirilən U-17-lərin Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar çempion rəqiblərini bir müddət başqa stadionlarda qəbul etməli olur.
"Qarabağ" bunadək uuzn qələbəsi seriyasına 2010-11-ci illərdə və cari mövsümdə qış fasiləsindən imza atmışdı. Hələ ötən tur ardıcıl 3-cü çempionluğunu bayram edən Ağdam təmsilçisi çempionatda sonuncu dəfə 23-cü turda fevralın 1-də "İnter"lə səfər matçında xal itirib - 1:1. Komnada ardıcıl 10 oyunluq qələbə seriyasında 24 qol vurub, 4 top buraxıb.