1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçilər üçün "Kəpəz" "kabus"u
Azərbaycan Premyer Liqasında maraqlı tendensiya yaranıb. Sportnet.az-ın məlumatına görə, cari mövsümdə artıq 3-cü baş məşqçi məhz "Kəpəz"lə oyundan sonra istefa verib. Sonuncu ötən tur "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov olub. 44 yaşlı mütəxəssis "Kəpəz"ə evdə 0:3 hesablı məğlubiyətdən sonra postundan getməyə qərar verib və istefası rəhbərlik tərəfindən qəbul olunub.
İlk gediş hələ ilin oktyabrın 4-də "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovla olub. Elbrus Məmmədovla həmyaşıd olan bu mütəxəssis Gəncədə "Kəpəz"ə 1:3 hesablı məğlubiyyətdən sonra istefa verib. Növbəti turda "Kəpəz" "Rəvan"ın baş məşqçisi Emin Quliyevi "yola salıb". Bu, oktyabrın 16-da "Bayıl Arena"da 0:2 hesablı məğlubiyyət olub. 39 yaşlı Quliyev Məmmədovlardan yaşca kiçikdir. Görünüdüyü kimi, Şahin Diniyevin baş məşqçisi olduğu "Kəpəz" rəqibləri, gənc mütəxəssislər üçün bir növ "kabus"a çevrilib.
Qeyd edək ki, Premyer Liqada cari mövsümdə 8 istefa olub və bunlar turnir cədvəlində son pillədə gedən komandalarda - "Neftçi", "Sumqayıt", "Xəzər Lənkəran", "Rəvan"da reallaşıb