1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şahdağ"dan Cavadova sərt ittihamlar
Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan Qusarın "Şahdağ" klubu komandanın XXV turun "Şərurspor"la oyununa çıxmamaları ilə bağlı bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, klub baş verənlərdə komandanın sabiq baş məşqçisi Telman Cavadovu günahlandırıb.
Bəyanatda Cavadovun ünvanına sərt ittihamlar səsləndirilib: "Artıq sirr deyil ki, klubda olan bütün işçilər 9 aya yaxındır maaşlarını almırlar. Amma buna baxmayaraq bütün bu aylar komandamız uğurla cıxış edib. Son olaraq, mayın 6-da "Şərurspor"la oyunda futbolçularımız meydana çıxmaqdan imtina ediblər. Buna səbəb kimi guya maaş almamaları göstərilib. Halbuki, onnan əvvəl baş tutan iclasda bütün futbolçular söz vermişdilər ki, çempionatı sona kimi oynayacaqlar.
Bu hadisədən sonra klubdaxili araşdırma başlayıb. Araşdırma nəticəsində bəlli olub ki, "Şahdağ"ın eks-baş məşqçisi Telman Cavadov komandanın Qusar əsilli futbolçuları ilə bir-bir görüşüb, və onları meydana çıxmamağa çağırıb. Daha sonra Cavadovun adamları azarkeş arasına daxil olub və "Şərurspor"la oyunun əvvəlində "İstefa" şuarı səsləndiriblər. Bütün bunlardan xəbər tutan Ərəstun Niftiyev qərar verib ki, bu məsələ klubun içində qalsın və ictimaiyyətə yayılmasın. Amma bununla Cavadovun çirkin əməli sona bitməyib. O, bugünlərdə qəzetlərin birində yalan və böhtan dolu müsahibə verib. Müsahibədə klubun hazırkı baş məşqçisi Adil Mahmudovun adı da hallanır. Mahmudov məhz pulsuzluq dövründə komandaya gəlib və tamənnasız fəaliyyət göstərməyə başlayıb. Nəticə göz qabağındadır. Divizionun liderlərini məğlub etmişik. Telman Cavadov baş məşqçi olduğu vaxt dəfələrlə demişdi ki, Niftiyev Qusar futbolunu xilas edir. Bəs indi nə baş verdi Telman müəllim? Yoxsa baş məşqçi postunu itirəndən sonra özünüzə gələ bilmirsiniz? Deyirsiniz Ərəstun Niftiyev Qusar futbolunun düşmənidir? Siz çox yaxşı bilirsiniz ki, o insan kimlərdən və nə qədər borc yığıb, məhz komandanı yaşatmaq üçün. Siz tərəfdən belə addımların atılması utancveridicidir".
"Şahdağ" futbol klubu Telman Cavadovun utanverici hərəkətlərinə görə təssüfləndiyini bəyan edib: "Cavadov unutmasın ki, hər nailiyyətə qörə "Şahdağ" futbol klubuna borcludur".