Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Şotlandiya yığması olub.
"Bakcell Arena"da keçirilən oyunun ilk hissəsində azarkeşlər qol görməyib. İkinci hissədə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda təzyiqləri artırıb. Nəticədə Fərid Nəbiyev 79-cu dəqiqədə şotlandların qapısına yol tapıb. Matç 1:0 hesabı ilə başa çatıb.
Bununla da milli komanda Avropa çempionatında çıxışını başa vurub. Portuqaliya - Belçika oyunu isə qolsuz bərabərliklə yekunlaşıb. Portuqaliya yığması qrup mərhələsini 7 xalla birinci, Belçika 5 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü, Şotlandiya isə 1 xalla qrup sonuncusu olub.
3 oyunun nəticəsinə əsasən Portuqaliya və Belçika yığması növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa çempionatı, qrup mərhələsi
A qrupu
16:00. Şotlandiya - Azərbaycan - 0:1
Qol: Fərid Nəbiyev, 79
Baş hakim: Sveyn-Erik Edvartsen
"Bakcell Arena"
16:00. Portuqaliya - Belçika - 0:0
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
"Dalğa Arena"
Xallar: Portuqaliya - 7, Belçika - 5, Azərbaycan - 4, Şotlandiya - 0.
B qrupu
19:15. Bosniya və Herseqovina - Ukrayna - 2:1
Qollar: Benjamin Hadziç, 38; 41 - Andrey Kulakov, 69
"Bakcell Arena"
19:15. Almaniya - Avstriya - 4:0
Qollar: Luka Meysl, 3-öz qapısına. Atakan Akkaynak, 25. Kay Haverts, 32. Renat Dadaşov, 80+1
"Dalğa Arena"
Xallar: Almaniya - 7, Avstriya - 6, Bosniya və Herseqovina - 3, Ukrayna - 1.