"Xəzər Lənkəran” 1 aydan artıq davam edən qol həsrətinə son qoya bilib. Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisi buna Premyer Liqasın son turunda "İnter”lə səfər matçında qol hesabını açan müdafiəçisi Vaquf Gəliliyevin sayəsində nail olub. Onun 47-ci dəqiqədə vurduğu qol komandası üçün təsəlli xarakteri daşıyıb – 1:2.
Lənkəran klubu sonuncu dəfə 38 gün öncə, 28-ci turda "Qarabağ”la ev oyununda rəqib qapısına yol tapmışdı. Bu, matçın 12-ci dəqiqəsində hücumçu Tural Qürbətovun sayəsində mümkün olmuşdu. Maraqlıdır ki, "Xəzər Lənkəran” həmin oyunda da 1:2 hesabı ilə uduzmuşdu.
Ümumiyyətlə, "ağ-yaşıllar” cari mövsümdə ən az qol vuran komandadır. Təsadafüi deyil ki, "Xəzər Lənkəran” araxada qalan 34 turda cəmi 13 qola imza atıb. Müqayisə edək qeyd edək ki, "Rəvan” turnir cədvəlində ondan sonra gəlsə də, hesabında 23 qol var. Lənkəran təmsilçisi qış fasiləsindən sonra keçirilən 16 turda cəmi 3 qol vurması ilə diqqət çəkir. Maraqlıdır ki, komandanı qazandığı 2 xal qolsuz bərabərliklərlə olub.