
"Neftçi” 3 illik fasilədənra Premyer Liqaya qayıdan "Kəpəz”i nəhayət, məğlub edə bilib. Sportnet.az-ın məlumatına görə, bu, komandalar arasında cari mövsümdə son matçda reallaşıb.
Özü də "ağ-qaralar” Gəncə təmsilçisini 3 illik fasilədən sonra gəncəli baş məşqçisi Vəli Qasımovla məğlub edib. Bu, əzmkar qələbə sayəsində mümkün olub. 47 yaşlı mütəxəssis doğulub boya-başa çatdığı Nizami yurdunda həmşəhərlilərini məyus edib.
Bununla DA "Kəpəz”in 14 ilik həsrəti davam edib. Axı Gəncıə klubu 2002-ci ildən bu yana "Neftçi”ni evdə yenə bilmir. Son qələbə 2002-ci ilin fevralın 27-də 2:1 hesabı ilə olub. Bu dəfə isə həmin hesablı qələbəyə "Neftçi” sevinib.
"Kəpəz” "Neftçi” ilə matçlara Şahin Diniyevin rəhbərliyi altında çıxdısa, rəqibdə 3 baş məşqçi oldu. Samir Əliyev gəncəlilərlə evdə qolsuz, Əsgər Abdullayev 1:1 hesablı bərabərliyə qaldı. Maraqlıdır ki, Vəli Qasımov "Neftçi”də ilk məğlubiyyətini məhz "Kəpəz”də almışdı. 26-cl turda "Bakcell Arena”da keçirilən həmin matç "Kəpəz”in 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi.
Həmin matçın 90+1-ci dəqiqəsində qələbə topunun müəlliif olan Şəhriyar Rəhimov bu dəfə antiqəhrəman olub. Çünki "Neftçi”ni Gəncədə qələbəni "Kəpəz”in sol cinah müdafiəçisinin qayda pozutunsundan sonra təyin olunan penalti ilə qazanıb. Özünə qarşı kobudluğuna görə 11 metrlik cərimə zərbəsini qola çevirən "Neftçi”nin hücumçusu Ruslan Qurbanov "Bakcell Arena”da da belə fərqlənmişdi.