Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Çexiya yığması yoldaşlıq görüşü keçirəcək. Sportnet.az-ın məlumatına görə, Pavel Vrbanın yetirmələri növbəti mundialın təşkilatçısı ilə qüvvəsini sınayacaq.
Rusiya Futbol İttifaqı həmin matçın olacağını təsdiqləyib. Oyun İnsbruk şəhərində "Tivoli Nayt" syadionunda Bakı vaxtilə saat 20:00-da keçiriləcək. Çexlər Avstriyadakı təlim-məqş toplanışında ilk yoxlama matçını mayın 26-da Malta ilə keçirəcək. Bundan sonra Praqaya qayıdacaq rəqibimizin Avropa çempionatının final mərhələsinə hazırlıq çərçivəsində son sınaq matçı iyunun 5-də Cənubi Koreya ilə olacaq.
Xatırladaq ki, milli komandamız Çexiya ilə tarixində ilk rəsmi matçını bu ilin oktyabrın 11-də səfərdə keçirəcək. Yığmalar arasında Bakıdakı oyun 2017-ci ilin oktyabrın 5-də olacaq.