Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 35-ci turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" xeyli müddətdir çempion olsa da, gümüş və bürünc medalların sahibləri bilinmir.
Buna namizəd olan "Qarabağ" "Sumqayıt"ın hər ikisi səfərdə 2:2 hesablı bərabərliyə qalmaqla aralarındakı 1 xallıq fərqi saxlayıblar. "Qarabağ" sona 1 tur qalmış rəqibini üstələyir. Bu turda əsas diqqətiçəkən məqamlardan biri bombardir Ehtiram Şahverdiyevin növbəti qolunu vurması, "Neftçi"nin əsas komandasının üzvü olan yarımmüdafiəçisi Cabid İmamverdiyevin əvəzedici heyətdə fərqlənməsi olub.
14 may
"Zirə” - "Kəpəz” - 2:3
Elçin Əliyev, 26; Muxtar Əliyev, 66 - Sahib Abbasov, 63; Məhərrəm Hüseynov, 72-pen, Azad Kərimov, 82
"Rəvan” - "Qarabağ” - 2:2
Zeki Sinan Akkoyun, 42, 88 - Amin Dağıstani, 32 (ö.q); Fuad Kərimli, 68
"Neftçi” - "İnter” - 4:0
Cavid İmamverdiyev, 27-pen, Bahadur Həziyev, 31; Etibar Süleymanov, 45; Aqşin Qurbanlı, 72
"Xəzər Lənkəran” - "Sumqayıt” - 2:2
Kamal Dənziyev, 8; Xaqani Sadıqov, 15 - Şahin Əliyev, 32; Samir İbrahimov, 37
"Qəbələ” - AZAL - 3:1
Ehtiram Şahverdiyev, 34; Ülvi İsgəndərov, 41; Şirməhəmməd Məmmədov, 45+1 - Eltun Hüseynov, 73