1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İspaniyanın ən titullu futbolçusu müəyyənləşdi
"Barselona"nın futbolçusu Andres İnyesta İspaniya futbolu tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasında 29-cu titulu qazanıb.
Nəticədə İnyesta uzun illər "Barselona"da və İspaniya millisində komanda yoldaşı olmuş Xavi Ernandesi keçib. Xavi bunadək 28 titulla ən titullu ispaniyalı futbolçu idi.
İnyesta çempionluğu statibillikləri qarşılığında qazandıqlarını bildirib: "Bizə turnirin sonunadək dözmək lazım gəldi. Ancaq qələbə seriyamız Primeranın sonunda bizə kömək oldu. Böyük üstünlüyümüz olsa da, rəqiblər mövsümün gedişində bizə çox yaxınlaşdılar. Ancaq sonda ən sabit komanda qalib gəlir. Çempionatda qalib olduğun mövsümü pis adlandırmaq olmaz".
Qeyd edək ki, dünya və Avropa çempionu da olan Andres İnyesta bütün klub titullarını 2002-ci ildən şərəfini qoruduğu "Barselona"da qazanıb.