1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Eltun Yaqublunun qırmızı vərəqə alması bizə düşərli oldu"
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqada "Qarabağ"la oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, çalışdırıcı ilk olaraq matç haqda fikirlərini bildirib.
- "Qarabağ"ı çempionluq munasibətilə təbrik etdim. Bu komanda bizim fəxrimizdir. Arzu edirəm ki, Çempionlar Liqasında mərhələlər keçsin. Futbolçularımı da təbrik etdim. Nəhayət, sonuncu pillədən qurtulduq. Eltun Yaqublunun qırmızı vərəqə alması bizə düşərli oldu. Qələbəyə görə şadam.
- Qələbədə daha çox qırmızı vərəqə alması böyük rol oynadı?
- "Qarabağ" çempion olduğuna görə motivasiyası azdır. Ancaq bu komandanın imici var. Onun nə vaxt çempion olması fərq etmir. Yəqin ki, baş məşqşçi Qrban Qurbanov bir çox futbolçulara istirahət verib.
- Sizcə, qələbənizdə bu, əsas rol oynadı?
- "Qarabağ" bizi 5:1 udanda Reynaldo bizi iflic etmişdi. Bir sıra aparıcı futbolçularının olmaması öz sözünü dedi. Onları ayırmaq istəməzidm. Hər biri aparıcı futbolçudur. Son matçlarda əzmkar oyunumuz bu gün də özünü göstərdi. Bir az həyəcanlıyam, diqqətimi cəmləşdirə bilmirəm. Azlqıad qalan"Qarabağ"uduzsaydıq, mənə ağır gələrdi. Rəqib qırmızı alandan necə oynayacağımız mənə maraqlı gəlirdi.