1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynova bəraət istənildi
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi davam etdirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov müdafiə çıxışı edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qeyd olunan ittihamların sübuta yetirilmədiyindən və cinayət hadisəsinin baş verməsi müəyyən olunmadığı üçün C.Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib.
C.Hüseynovun son sözlə çıxış etməsi üçün proses təxirə salınıb.
Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin olunub.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.