
Danimarka çempionatının qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, tarixində 12-ci dəfə qızıl medal qazanan "Kopenhagen" olub.
Paytaxt təmsilçisi 30-cı turda "Nordşellann" qalib gəlməklə çempionluğu rəsmiləşdirib. "Kopenhagen" sona 3 tur qalmış ən yaxın izləyicisini 10 xal qabaqlayır. Stol Solbakkenin yetirmələri növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququ qazanıblar. Bununla da təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.
Özü də bu 2 komanda vaxtilə avrokuboklarda üzləşib. Bu, artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda olub. Ağdam təmsilçisi üçün 1998/99 mövsümündəki həmin oyunlar çox uğursuz alınıb - səfərdə 0:6, evdə 0:4. "Qarabağ" avrokuboklarda ən ağır məğlubiyyətini məhz "Kopenhagen"dən alıb.