
Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün qızıl və gümüş medalçıları "Azərsun Arena"da mükafatlandırılacaq. Bu barədə Sportnet.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
Onun sözlərinə görə, mövsümün son turunda keçiriləcək "Qarabağ" - AZAL oyunundan sonra qızıl medallar "Qarabağ"a təqdim olunacaq: "Gümüş medalçı "Zirə" isə "İnter"lə oyundan sonra Suraxanıya gələcək və medallar təqdim olunacaq. 3-cü yerin sahibi "İnter" olsa, onlar da mükafatlandırılacaq. Yox, "Qəbələ" və ya "Kəpəz" olsa, bürünc medalların verilməsi başqa günə təyin olunacaq".
Qeyd edək ki, bürünc medalların sahibi "İnter" - "Zirə" və "Kəpəz" - "Qəbələ" oyunundan sonra müəyyənləşəcək.