17 yaşadək futbolçulardan ibarət tığma komandalar arasında (U-17) Bakıda keçirilən Avropa çempionatının ikinci finalçısı da müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Portuqaliyadan sonra finala yüksələn digər komanda İspaniya yığmasıdır.
Almaniya ilə keçirilən oyunda ispanlar 2:1 hesablı qələbə qazanıb.
Komandanın yeganə qoluna maçtın 11-ci dəqiqəsində azərbaycanlı futbolçu Renat Dadaşov imza atıb. İspanlar 56-cı dəqiqədə hesabı bərabərləşdirmək imkanı qazansa da, Jordi Mboula penaltini dəqiq yerinə yetirə bilməyib. Lakin 64-cü dəqiqədə Abel Ruiz hesaba tarazlıq gətirib. 14 dəqiqə sonra Brahim Diaz komandasını finala yüksəldən qolu vurub.
Mayın 21-də "Bakcell Arena"da Portuqaliya və İspaniya yığmaları arasında keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq. Bu ölkələrin U-17-ləri 2003-cü ildə də finalda görüşüb və həmin matç portuqaliyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.