1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "San Siro"nu bəyənmədi
İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunun ot örtüyünün futbol üzrə Çempionlar Liqasının final oyununun səviyyəsinə uyğun deyil. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın oyunların təşkili üzrə rəhbəri Kit Dalton açıqlama verib.
O, qitənin ən nüfuzlu klub turnirinin təşkilində keyfiyyətlə bağlı problemin olduğunu deyib: "Şəhərə məxsus iki klub - "İnter" və "Milan" bu stadionda növbə ilə oyun keçirirlər. Stadionla isə başqa şirkət məşğul olur. Ot örtüyünə baxan mütəxəssis çox gəncdir, amma orada işləyən tək mütəxəssis də odur. Digərləri öz vəzifələrini icra edə bilmirlər".
Qeyd edək ki, Çempionlar Liqasının finalında İspaniyanın iki klubu - "Real Madrid" və "Atletiko" üz-üzə gələcək. Mayın 28-də "San Siro"da 80 min azarkeş qarşısında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.