1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
285 günlük marafonun sonu
"İnter" bürünc mübarizəsində "Qəbələ"nin xal itirməsini arzulamalıdır
Sabah Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, avqustun 9-sa start götürən və 285 gün davam edən 24-cü milli çempionatımız başa çatır.
Qızıl və gümüş medalçılar (müvafiq olaraq "Qarabağ"la "Zirə") artıq bəlli olduğundan, son tur bürünc mükafatçını və birinci diviziona düşəcək komandanı müəyyənləşdirmək baxımından maraq doğurur. Bürüncə birdən-birə 3 komanda - "İnter", "Kəpəz" və "Qəbələ" iddialıdır. Ancaq "bankilər" şəxsi oyunlarda rəqiblərindən üstün olduğundan 3-cü pillədədir. Zaur Svanadzeinin yetirmələri son turda "Zirə"yə qalib gələrək "Qəbələ"nin Gəncədə xal itirməsinə ümid etməlidir. Çünki "Qəbələ" ilə "İnter"in xalları bərabər olarsa, əyalət təmsilçisi şəxsi oyunlara ardıcıl 3-cü mövsüm bürünc medalçı olacaq. Ancaq "bankirlər" "Kəpəz"i şəxsi oyunlarda üstələdiyindən, onunla xallarının bərabər olması problem yartamayacaq. "Kəpəz" XXI sərdə milli çempionatımızın mükafatçısı olmayıbsa, "İnter"in tarixində bütün mükafatlar məhz XXI əsrə aidir. Özü də "bankirlər" son 2 mövsümün gümüş medalçısıdır.
Premyer Liqada qalmağa vəsiqə verən 9-cu yerdə artıq "Xəzər Lənkəran" yox, "Rəvan" qərarlaşıb. Bu yerdəyişmə ötən turda olub və nəticədə Bəhmən Həsənovun yetirmələri böyük üstünlük əldə ediblər. Özü də son turda evdə məhz "Xəzər Lənkəran"la görüşəcəyindən, ona 1 xal da sərf edir. 2004-cü ildən fasiləsiz yüksək liqada çıxış edən "ağ-yaşıllar" isə ilk dəfə birinci divizona düşmək təhlüəkəsi ilə üz-üzədirlər və bundan yan qaçmaq üçün mütləq "Rəvan"a qalib gəlməlidir. Bu zaman xallar eyni olacaq və Lənkəran təmsilçisi rəqibini şəxsi oyunlarda üstələdiyinə görə qabaqlayacaq.
Son turda Avropa Liqasına sonuncu vəsiqəyə də aydınlıq gələ bilər. Məlum olduğu kimi, UEFA "Zirə" ilə "İnter"i avrokuboklara buraxmadığından, çempionatda nəinki 4-5-ci, hətta 6-cı yerin sahibinin avrokuboklara getmək şansı var. Bunun üçün çempion "Qarabağ" kuboku da qazanmalıdır. "Kəpəz"lə "Qəbələ" Avropa Liqasına vəsiqəni artıq rəsmiləşdiriblər. Hazırda 6-cı pillədə olan "Neftçi" AZAL-ı 3 xal qabaqlayır. Yəni Vəli Qasımovun komandasının taleyi öz əlindədir və son turda səfərdə "Sumqayıt"a uduzmamaq yetərlidir. Bu halda AZAL səfərdə "Qarabağ"a qalib gəlsə belə, işinə yaramayacaq və final oyunun nəticəsini də gözləməyə ehtiyac qalmayacaq. Çünki "Neftçi" kubokunun qalibi olmadan da 6-cı yerin sahibi Avropa Liqasına yollanır. Ancaq xallar bərabər olsa, AZAL şəxsi oyunlara əsasən 5-ci pilləni tutacaq.
Qeyd edək ki, çempionatın mükafatlandırılma mərasimi də son turda olacaq. U-17 yığmalar arasında Avropa çempionatı yekunlaşmaq üzrə olduğundan, "Qarabağ" rəqibini yenidən "Azərsun Arena"da qəbul edə biləcək. Peşəkar Futbol Liqası mükafatlandırma məırasimini də məhz bu stadonda keçirəcək. "Qarabağ" AZAL-da matçdan sonra qızıl medallarına və çempionluq kubokuna qovuşacaq. "Zirə" də medallarını orada alacaq. "İnter" bürünc medalçı olarsa, bu komanda da "Azərsun Arena"ya mükafatlarının ardınca üz tutacaq. Bürünc Gəncədəki matçın iştirakçılarından birinə qismət olarsa, həmin komandanın mükafatlandırılma mərasimi başqa vaxtda keçiriləcək.
20 may (cümə)
17:00. "İnter" - "Zirə"
Bakı. "İnter Arena" stadionu
17:00. "Kəpəz" - "Qəbələ"
Gəncə. Şəhər stadionu
17:00. "Rəvan" - "Xəzər Lənkəran"
Bakı. "Bayıl Arena" stadionu
19:00. "Qarabağ" - AZAL
Bakı. "Azərsun Arena" stadionu
19:00. "Sumqayıt" - "Neftçi"
Sumqayıt. "Kapital Bank Arena" stadionu