1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqamızda "qol kralı" kim olacaq?
Sabah Azərbaycan Premyer Liqasında bütün mükafatçılarla yanaşı, bombardirin adına aydınlıq gələcək. Sportnet.az-ın məlumatına görə, hazırda bu nominasiyada qalib adına əsas 3 futbolçu namizəddir.
Bunlar 14 qolla şərikli liderlər olan salvadorlu hücumçu Nelson Bonilya ("Zirə") ilə ispaniyalı yarımmüdafiəçi Dani Kintana ("Qarabağ") və onlardan cəmi 1 qol geri qalan millimizin hücumçusu Ruslan Qurbanovdur ("Neftçi"). Bonilyanın millinin düşərgəsinə yollandığından son turda "İnter"lə səfər matçında meydana çıxmayacaq. Bu da mövsümün artıq bitdiyi Bonilyanın qol hesabını artırmağa imkanı olmadığı deməkdir. Belə götürəndə, Bonilya "İnter"ə qol da vura bilməyib.
"Qarabağ"ın çempion oldqudan sonra əsas futbolçularını daim oynatmadığı göz qabağındadır. Bu üzdən Kintana da həmişə olduğu kimi start heyətində yer almır. Hər halda, baş məşqçi Qurban Qurbanov ona şans versə, bombardirlər yarışının qalibi olmaq şansı çoxdur. Üstəlik, Dani AZAL-ın qapısına yol tapa bilib. Maraqlısı isə odur ki, Kintana ölkəmizdə ilk qolunu məhz "təyyarəçilər"ə vurub. Bu, 3-cü turda səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçda olub.
Qurbanov əcnəbi həmkarlarından 1 qol geri qalsa da, şansı heç də az deyil. Əvvəla, Avropa Liqasına düşmək uğrunda mübarizə aparan AZAL-dan fərqli "Sumqayıt" üçün son tur heç bir önəm daşıyır. İkincisi, Qurbanov bir vaxtlar "Sumqayıt"da icarə əsasında çıxış edərək keçmiş komandasını yaxşı tanıyır. Ən nəhayət, hücumçu bu çempionatda "gənclik şəhəri təmsilçisi"nə 2 qol vurmağı bacarıb. Özü də hər ikisində ikinci hissədə fərqlənməklə qələbə topunun müəllifi olub. "Neftçi" Ruslanın qoluyla "Sumqayıtı"ı 2-ci dövrədə səfərdə 2:1, 3-cü dövrədə evdə 1:0 hesabı ilə məğlub edib. Qurbanov "Kapital Bank Arena"dakı oyunda qələbə topunu penaltidən vurub.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqamızın bombardiri 30 oyunda 15 qola imza atan Nurlan Novruzov olub. Həmin vaxt "Bakı"da oynayan hücumçu cari mövsümdə "Zirə"də forma geyinib və çox az qol vurub. Kintana ilə Bonilya Premyer Liiqamızda debüt mövsümlərini keçirirlər. Qurbanov isə ötən çempionatda ən sərrast oyunçular sırasında heç onluğa düşməyib.