1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"da çay keyfi
"Mükafatlandırma mərasimindən sonra hamımız bir ailə olaraq bir yerdə olacağıq. Futbolçularla çay süfrəsi ətrafında oturub sevincimiz bölüşəcəyik". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
Azərbaycan Premyer Liqasını ardıcıl 3-cü dəfə qazanan Ağdam klubu qızıl medallarına bu gün qovuşacaq. Bu, AZAL-la "Azərsun Arena"da keçiriləcək ev oyunundan sonra PFL-nin keçirdiyi mükafatlandırma mərasimində reallaşacaq.
Çəlikəlin sözlərinə görə, ardııcl 3-çü çempionluğuqlarının xüsusi təmtəraqla qeyd olunması nəzərdə tutulmayıb: "Bizim bazamız var. Oyun da orada keçiriləcək. Mövsüm "Qarabağ" üçün hələ başa çatmır. Qarşıda Azərbaycan Kubokunda "Neftçi" ilə final oyunumuz var. Baş məşqçinin hazırlıq proqramından kənara çıxmaq olmaz. AZAL-la oyundan sonra bazamızda futbolçular, onların ailələri ilə birgə çay süfrəsi ətrafında yığışıb mövsüm haqda fikirlərimizi bildirməyi düşünürük. Hər halda, hər şey baş məşqçinin qərarından asılıdır".
"Qarabağ" rəsmisi çempionluqdan sonra Ağdam səfəri barədə hələ müzakirələr aparmadıqlarını da söyləyib: "İndi hamı oyunlara köklənib. Mövsüm bitəndən sonra bu məsələlər rəhbərlik səviyyəsində müzakirə olunacaq".
Qeyd edək ki, mövsümə yekun vuracaq "Qarabağ" - "Neftçi" finalı mayın 25-də keçiriləcək.